Yenilik.Az
www.Yenilik.Az » Kriminal » İran polisindən səfirliyimizə hücumla bağlı - İLK AÇIQLAMA

İran polisindən səfirliyimizə hücumla bağlı - İLK AÇIQLAMA

İran polisindən səfirliyimizə hücumla bağlı - İLK AÇIQLAMA
2023-01-27 , 11:28

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehran Polis İdarəsi ilkin açıqlama yayıb.


Yenilik.az
xəbər verir ki, polis generalı Hüseyn Rəhimi açıqlamasında deyib: 

"Hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. İlkin istintaqda təcavüzkar hücum motivlərini şəxsi və ailə problemləri kimi göstərib".
 
O bildirib ki. həmin şəxs saxlanılıb.

Xatırladaq ki, Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. 

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.