Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda sevgilisi qadını və onun qızını bıçaqladı

Bakıda sevgilisi qadını və onun qızını bıçaqladı

Bakıda sevgilisi qadını və onun qızını bıçaqladı
2023-02-02 , 09:28

Fevralın 2-də saat 1 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub.  

Yenilik.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. 
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.