Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Yeni doğulan körpəni asfaltın üstünə atan ana saxlanıldı

Yeni doğulan körpəni asfaltın üstünə atan ana saxlanıldı

Yeni doğulan körpəni asfaltın üstünə atan ana saxlanıldı
2023-02-05 , 23:30

Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası müəyyən olunub.

 
Bu barədə Yenilik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxs — 1999-cu il təvəllüdlü Tünzalə Əkbərova saxlanılaraq istintaqa təhvil verilib.

Yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.
 
Bu barədə Yenilik.az-a Baş Prokurorluqdan məlumat verilib.
 
Keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olması, ekspertizalar nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad və soyadlar şərtidir) olması müəyyən edilib.
 
Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
 
İbtidai istintaq davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.