Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Cəlilabadda ata uşaqlarının gözü qarşısında arvadını qətlə yetirib, sirkə içdi

Cəlilabadda ata uşaqlarının gözü qarşısında arvadını qətlə yetirib, sirkə içdi

Cəlilabadda ata uşaqlarının gözü qarşısında arvadını qətlə yetirib, sirkə içdi
2023-02-06 , 18:49

Cəlilabadın Muğan kəndində dəhşətli ailə faciəsi baş verib.

Yenilik.az xəbər verir ki, kənd sakini 35 yaşlı Elxan Əmənov həyat yoldaşı  31 yaşlı Aysel Abbasovanın başını kəsərək, onu xüsusi amansızlıqla qətlə yetirib.
Elxan Əmanov hadisədən sonra sirkə turşusu içərək evin damına qalxıb. Qonşuların müraciətindən sonra hadisə yerinə gələn polislər şübhəlini xəstəxanaya aparıblar. Hadisə ailədə olan azyaşlı övladların gözü önündə baş verib.
Mərhumun atası Qurban Abbasovun sözlərinə görə, E.Əmənov övladlarının yanında başqa qadınla cinsi əlaqədə olub.
“Uşaqları çarpayının altına salıb, o işlə məşğul olurdu. Bunun üstündə davaları düşüb. Elxan da deyib ki, onu da alacam, səni də saxlayacam”, - deyə o qeyd edib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Qətli törətdikdən sonra intihara cəhd edən Elxan Əmənovun vəziyyəti ağır olduğu üçün o, Bakıya aparılıb.
Hadisə ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.