Yenilik.Az
www.Yenilik.Az » Kriminal » DTX VƏ BAŞ PROKURORLUQ BİRGƏ ƏMƏLİYYAT KEÇİRTDİ

DTX VƏ BAŞ PROKURORLUQ BİRGƏ ƏMƏLİYYAT KEÇİRTDİ

DTX VƏ BAŞ PROKURORLUQ BİRGƏ ƏMƏLİYYAT KEÇİRTDİ
2020-05-13 , 13:50

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.


Yenilik.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

"Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Bakupostun əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.

Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.