Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Azərbaycanlı jurnalist kibercinayətkarlıqla üz-üzədir - SON DƏQİQƏ!

Azərbaycanlı jurnalist kibercinayətkarlıqla üz-üzədir - SON DƏQİQƏ!

Azərbaycanlı jurnalist kibercinayətkarlıqla üz-üzədir - SON DƏQİQƏ!
2020-06-03 , 07:55

Azərbaycanlı yazıçı, jurnalist Kəramət Böyükçöl bir neçə müddətdir ki, yeni kitabını çapdan çıxarıb. O, kitablarını feysbuk hesabından reklam edərək səyyar satış edirdi. Yazıçı bununla Azərbaycan yazıçısının sosial-iqtisadi vəziyyətinin ağır olduğunu da gündəmə gətirmişdi. 

Lakin bir müddət sonra yazıçının feysbuk hesabı naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və ələ keçirilib:
"Feysbukdakı hesabımı uzun müddət idi ki, idarə edirdim. Kitablarımı da elə bu hesab vasitəsilə reklam edirdim. Bilirsiniz ki, mən həm də jurnalistəm. Cəmiyyət məni daha çox tənqidçi jurnalist kimi tanıyır. Hesabım ələ keçiriləndən sonra yeni hesab yaratdım. Lakin o da ələ keçirildi. Yenidən hesab yaratdım və o da yenidən ələ keçirildi. Saxta hesablardan yazılırdı ki, hesabın 5 dəqiqə sonra ələ keçiriləcək. Elə də olur."
Kəramət Böyükçöl qeyd edir ki, bu cinayət onun həm də bir jurnalist kimi peşə fəaliyyətinə əngəldir:
"Bu kibercinayətkarlıqdır. Eyni zamanda, mənim peşə fəaliyyətimə müdaxilədir. Birinci hesabımda mənə məxsus qeyd, şəxsi məlumatlar, tamamlanmamış məqalələrimi saxlamışdım. Onlar mənə hava kimi lazımdır." 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.