Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Keçmiş müdafiə naziri kürəkəni tərəfindən döyüldü-VİDEO

Keçmiş müdafiə naziri kürəkəni tərəfindən döyüldü-VİDEO

Keçmiş müdafiə naziri kürəkəni tərəfindən döyüldü-VİDEO
2020-06-13 , 13:49

Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyev döyülüb. 

"Qafqazinfo" xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkədə yayılıb. 

R.Qazıyev insident zamanı başından ağır xəsarət alıb. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı hələlik məlumat yoxdur.
Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Rəhim Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı CM-nin 221.1-ci maddəsi ilə Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanıb: 
"Faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdrımalar davam etdirilir”.
Xatırladaq ki, Rəhim Qazıyev cari ilin fevralında keçmiş kürəkəni Ramiz Əzizov tərəfindən döyülmüşdü. Həmin vaxt səslənən iddiaya əsasən, Qazıyevin qızı Şəbnəm boşanma qərarı verəndən sonra R.Əzizov ailə üzvlərini narahat etməyə başlayıb. O, daha əvvəl R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib, eyni zamanda Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. 

Sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı başlanan cinayət işi üzrə keçmiş kürəkəni tərəfindən törədilməsi faktı üzrə istintaq araşdırmaları başlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Sözçü qeyd edib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirilməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır:

"Əlavə məlumat veriləcək".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.