Yenilik.Az
www.Yenilik.Az » Kriminal » SON DƏQİQƏ: "Lotu Quli" saxlanıldı - VİDEO

SON DƏQİQƏ: "Lotu Quli" saxlanıldı - VİDEO

SON DƏQİQƏ: "Lotu Quli" saxlanıldı - VİDEO
2020-07-07 , 17:59

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.
Redaktor.az xəbər verir ki, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran beynəlxalq cinayətkar dəstənin üzvləri müəyyən edilib.
"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaşadıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb", - məlumatda bildirilib. //Report.az


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.