Yenilik.Az
www.Yenilik.Az » Kriminal » İkinci binadan mənzil alan jurnalistlər istintaqa cəlb olundu

İkinci binadan mənzil alan jurnalistlər istintaqa cəlb olundu

İkinci binadan mənzil alan jurnalistlər istintaqa cəlb olundu
2020-07-12 , 17:53

Jurnalistlərin ikinci binasından mənzil alan media işçiləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət edilib.


AFN-ə bu barədə həmin binadan mənzil alan jurnalistlərdən biri məlumat verib. Həmkarımız bildirib ki, 2017-ci ildə təhivil verilən həmin binadan mənzil alan jurnalistlərin hamısına rəsmi bildiriş gəlib: "Bildiyiniz kimi, bu məsələ ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Bizə də çağırış gəlib, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmışıq. Nə vaxt lazım olsa gedib ifadəmizi verəcəyik".

Xatırladaq ki, jurnalistlər üçün tikilən binaların həm tikinti, həm də bölgü prosesindən ciddi narazılıqlar olub və bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.