Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Şərləndiyini iddia edən Lerik sakini ilə bağlı DİN-dən açıqlama

Şərləndiyini iddia edən Lerik sakini ilə bağlı DİN-dən açıqlama

Şərləndiyini iddia edən Lerik sakini ilə bağlı DİN-dən açıqlama
2020-08-08 , 21:36

Bir neçə gün öncə saytımızda Lerik rayonunun Piran kənd sakini Bayramov Ziyatay Ərəstun oğlunun şikayəti dərc olunmuşdu.

O, ölkə rəhbərliyinə, Daxili İşlər nazirinə və Baş Prokurora ünvanladığı və bir nüsxəsini də Yenilik.az-a göndərdiyi məktubunda iddia edilir ki, sözügedən şəxs heç bir günahı olmadığı halda, həmyerlisi Məmmədov Namiq Əliağa oğlu tərəfindən şərləndiyini bildirmişdi. Həmçininn Lerik rayon Polis İdarəsi isə həmin şəxsin şikayəti əsasında qeyri-obyektiv araşdırma apararaq, onu günahkar çıxarmağa çalışdığnı vurgulayaraq, kömək istəmişdi.
“Bu şikayət ərizəsilə Sizə müraciət edərək əsl həqiqətin ortaya çıxması üçün obyektiv və qanuni istintaq aparılması üçün göstəriş vermənizi, “Kapitalbank”dan videogörüntülərin alınaraq işə əlavə edilməsinə, həmçinin şikayətçi Məmmədov Namiq Əliağa oğlunun bu tip şikayətlə indiyədək polisə neçə dəfə müraciət etməsinin araşdırılmasını xahiş edirəm.”- deyə bildirmişdi.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev tərəfindən Yenilik.az-a açıqlama göndərilib. Açıqlamada bildirilir:
Yenilik.az saytında dərc olunmuş Lerik sakini şərləndiyini iddia edir-VİDEO – sərlövhəli yazı ilə bağlı bildiririk ki, Lənkəran rayonunun Təngivan kənd sakini S.Məmmədova Lerik Rayon Polis Şöbəsinə müraciət edərək kartında olan 234 manat pulun tanımadığı şəxs tərəfindən mənimsənildiyini bildirmişdir.
Lerik RPŞ-də aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonunun Təngivan kənd sakini N.Məmmədov Lerik rayonunun Piran kəndində yerləşən “Kapital” bank ASC-yə məxsus bankomantdan özünə və həyat yoldaşı S.Məmmədovaya məxsus pensiya kartlarındakı pulun çıxarılmasını həmin vaxt orada olan Lerik rayonunun Piran kənd sakini Z.Bayramovdan xahiş etmişdir.
Z.Bayramov N.Məmmədova məxsus kartdakı pulu çıxarıb ona vermiş, lakin S.Məmmədovaya məxsus olan digər kartın balansında pul olmadığını bildirmişdir. Lerik Rayon Məhkəməsinin müvafiq qərarı ilə S.Məmmədovaya məxsus pensiya kartından həmin tarixdə və saatda 234 manat pulu çıxaran şəxsin görüntüləri “Kapital” bank ASC-dən götürülmüşdür.
Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, S.Məmmədovaya məxsus pensiya kartından 234 manat pulu Z.Bayramov çıxararaq oğurlamışdır. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir”.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.