Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi
2020-08-09 , 09:09

Bakıda polisə soyuq silahla xəsarət yetirilib.

 
Hadisə Xətai rayonunda qeydə alınıb.
 
Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.
 
Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
 
Hazırda hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.