Yenilik.Az
www.Yenilik.Az » Kriminal » ATV Ramiz Mehdiyev, Əli Həsənov və Abdin Fərzəliyevi ifşa elədi - VİDEO

ATV Ramiz Mehdiyev, Əli Həsənov və Abdin Fərzəliyevi ifşa elədi - VİDEO

ATV Ramiz Mehdiyev, Əli Həsənov və Abdin Fərzəliyevi ifşa elədi - VİDEO
2020-09-05 , 14:38

ATV “Xəbərlər” proqramının axşam buraxılışında AMEA-nın prezidenti, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov və Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə bağlı tənqidi sujet yayımlanıb.


Adıçəkilən şəxslər hazırda xaricdə mühacirətdə yaşayan və öz şəxsi telekanalı ilə Azərbaycan hakimiyyətinə qarşı “qara piar” kampaniyası aparan Qurban Məmmədovla sövdələşmədə, əməkdaşlıqda, onu dəstəkələməkdə, adıçəkilən şəxsin şəxsi əmlakının qeyri-qanuni yollarla artırılmasında, sənədləşdirilməsində ittiham ediliblər.

Sujetdə, eyni zamanda, Ə. Həsənovla A.Fərzəliyevin bir neçə dəfə Rusiyada məxfi şəkildə görüşlər keçirdiyi, orada bəzi gizli və şübhəli sövdələşmələrə getdiyi iddia olunub.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.