Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Qulinin qətlinə görə gürcü qanuni oğru həbs olundu

Qulinin qətlinə görə gürcü qanuni oğru həbs olundu

Qulinin qətlinə görə gürcü qanuni oğru həbs olundu
2020-11-03 , 13:30

İstanbul polisi Buryatiyanın "vəziyyətinə baxan” gürcü qanuni oğru Quram Çixladzeni (Kvejoeviç) nəzarətə götürüb.

Yenisabah.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kvejoeviç ilə birlikdə daha iki nəfər də saxlanılıb.
Cinayətkarın qaldığı otel otağında üç tapança, onlar üçün patron və ratsiya tapılıb. Yanvar ayında Çixladze azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) həyatına qəsd edilməsi iddiası ilə Türkiyə polisi tərəfindən həbs edilmişdi. Bundan bir qədər sonra Səlifov öldürülmüşdü. Sonra guya Çixladze polislə razılaşdıqdan sonra ölkədən qovulmuş, lakin sonra geri dönmüşdü.
Xatırladaq ki, Kvejoeviçin hüquq-mühafizə orqanları ilə iş birliyində olduğu üçün "tacdan kənarlaşdırılması" barədə cinayət aləmində şayiələr yayılmışdı.
Rusiyada Çixladze ən yüksək cinayət iyerarxiyasında yer alması ilə bağlı cinayət işində təqsirləndirilən şəxsdir.
Kvejoeviç 2006-cı ildən Buryatiyada "əsas söz sahibi” sayılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.