Qazaxda qan donduran olay-VİDEO

Ahıl qadının ürəkləri dağlayan müraciəti sosial şəbəkələrdə yayılıb.
İddia olunur ki, hadisə birinci dəfə baş vermir. Daha əvvəl də 14 iribuynuzlu heyvanı oğurlanıb. İddia olunur ki, Qazax polisi məsələyə susqun qalıb.
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı qadının mal-qarasının oğurlanması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
DİN-in Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Report"un sorğununa cavab olaraq bildirib ki, videogörüntülərlə bağlı Qazax Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:
“Tezliklə araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.