Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Saxta Qarabağ əlilləri arasında dava düşdü - ŞOK VİDEO

Saxta Qarabağ əlilləri arasında dava düşdü - ŞOK VİDEO

Saxta Qarabağ əlilləri arasında dava düşdü - ŞOK VİDEO
2021-05-18 , 16:28

Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib.


Hadisə şahidlərinin “Yeni Sabah”a verdiyi xəbərə görə, dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən amansızcasına döyülüb. 
Redaksiyamıza təqdim olunan videoda görünür ki, onu “həmkarlar”ı əsalarla şil-küt edirlər. Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür. O və həmçinin dəstənin digər üzvləri  oxuculara SOCAR-ın ərazisində, Əhmədli metrosunun yaxınlığında  qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.
Döyülən şəxs – Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.
Hadisə şahidlərinin bildirdiyinə görə M. Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb araların olan pul haqq-hesabı olub. Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.