Yenilik.Az
www.YENILIK.Az » Kriminal » Polis Elza Seyidcahanla bağlı araşdırmaya başladı

Polis Elza Seyidcahanla bağlı araşdırmaya başladı

Polis Elza Seyidcahanla bağlı araşdırmaya başladı
2020-02-11 , 16:07

Əməkdar artist Elza Seyidcahanın halı pisləşib və xəstəxanaya yerləşdirilib.

“Yeni Sabah” Medicina.az-a istinadən xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni , seçki günü bacısı və özünün döyüldüyünü iddia edib.

Seçkilərdə uduzan ifaçı İnstaqramda canlı yayıma girərək ağlaya-ağlaya qollarının keyidiyini, ayaqüstə dura bilmədiyini bildirib. Affekt vəziyyətinə düşən Seyidcahana təcili yardım çağrılıb. Xızıda olan müğənni ilkin yardım edilməsinə imkan verməyib və Bakıya gətirilməsini istəyib. Bacısı və kürəkənini köməkliyi ilə maşına otuzdurulan Elza Bakıya gətirilib və xəstəxanaya yerləşdirilib.

Sənətçinin döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.

Axar.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.

“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.