Satıcı işlədiyi marketdən 10 minlik ərzaq oğurladı

Hadisə paytaxtın Nərimanov rayon ərazisindəki marketlərdən birində baş verib. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10 000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.