Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl

Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə aparılıb.
Yenilik.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
“Azəriqaz”ın açıqlamasında deyilir: “Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun  çərçivəsində tədbirlər görüləcək”.
Daha ətraflı video materialda: 
Geri qayıt