Xızıda kişi 58 yaşlı atasını taxta ilə vuraraq öldürüb

Xızıda kişi 58 yaşlı atasını taxta ilə vuraraq öldürüb Xızıda 58 yaşlı kişi öldürülüb.
Yenilik.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub.
S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

Geri qayıt