Bakıdan Naxçıvana gedən şəxs aeroportda narkotiklə tutulub

Bakıdan Naxçıvana gedən şəxs aeroportda narkotiklə tutulub Bakı-Naxçıvan reysi ilə Muxtar Respublikaya gedən şəxsdə narkotik aşkarlanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Muxtar Respublikaya gələn M.Vəliyevi saxlayıblar.
M.Vəliyevin üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Geri qayıt