Nardaranda saxlanılan şəxsdə silah-sursat aşkarlandı

Davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən onun qəsəbə ərazisindəki Ləhiş bağlarında torpağa basdıraraq gizlətdiyi nömrəsi silinmiş AKMS markalı avtomat silahı və içərisində 23 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.