Qəbiristanlıqda atəç açdı

Qəbiristanlıqda atəç açdı Goranboyda qəbiristanlıqda silahlı insident olub.
Yenilik.az xəbər verir ki, DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, hadisə rayonun Rəhimli kənd qəbiristanlığında baş verib.
Belə ki, ərazidə atəş səsləri eşidilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərk-silah edilib.
İlkin araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə olduğu məlum olub. O, sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbirstanlığa gəlib, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.
Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.






Geri qayıt