Abşeronda evdən 12 min manatlıq qızıl və iki min manat pul oğurlanıb

Abşeronda evdən 12 min manatlıq qızıl və iki min manat pul oğurlanıb Abşeronda evdən 12 min manatlıq qızıl və 2 min manat oğurlanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ceyranbatan qəsəbəsindəki evlərin birindən 2000 manat pul və dəyəri 12 min manatdan çox olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Nəsir Nəsirli saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Geri qayıt