Bakıda “Prius”la avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanıldı

Bakıda “Prius”la avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanıldı Dünən Bakıda “Toyota Prius” markalı avtomobillərlə avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanılıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, hadisə Səbail rayonu ərazisində baş verib.
Səbail Rayon DYP Şöbəsinin əməkdaşları ərazidə təhlükəli manevrlər edən iki avtomobili müəyyən edərək onları saxlayıblar.
“Toyota Prius” markalı, 99-PB-280 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Ziya Hacıyev, 77-CY-310 dövlət nömrə nişanlı avtomobili idarə edən Ramin İsrayılov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Eyni zamanda, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Geri qayıt