Türkiyədən Naxçıvana qanunsuz dərman preparatları gətirmək istədi

Belə ki, Baş İdarənin “Sədərək” gömrük postunda Türkiyədən ölkəmizə gələn “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2480 qutu müxtəlif dərman preparatları aşkar edilib.