Türkiyədə 21 yaşlı oğlan taksi sürücüsünü amansızlıqla öldürməyə cəhd etdi

Türkiyədə 21 yaşlı oğlan taksi sürücüsünü amansızlıqla öldürməyə cəhd etdi Türkiyənin Antalya şəhərində taksi sifariş edən şəxs yolda sürücüyə hücum edərək onu xüsusi qəddarlıqla öldürməyə cəhd edib.
Görüntülər anbaan taksidə olan videoqeydiyyatçı tərəfindən qeydə alınıb.
Əvvəl daşla sürücünün baş nahiyəsinə zərbələr endirən sərnişin ardınca onu boğmağa cəhd edib.
Lakin sürücü son anda avtomobili təhlükəsiz qaydada saxlayaraq sükanın arxasından çıxa bilib.
Bunu görən təcavüzkar dərhal taksinin qapısını açaraq hadisə yerindən uzaqlaşıb.
Ətrafdakı insanların köməyi ilə hücuma məruz qalan taksi sürücüsü xəstəxanaya çatdırılıb.
Həkimlər sürücüyə beyin silkələnməsi diaqnozu qoyublar.
Hücumu həyata keçirən şəxs isə polislər tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Cinayət işinə baxan məhkəmə 21 yaşlı Hüseyn Şahinə 23 il 6 ay həbs cəzası kəsib.



Geri qayıt