Balıq tutmaq istəyən Goranboy sakini narkotiklə saxlanıldı

Balıq tutmaq istəyən Goranboy sakini narkotiklə saxlanıldı
Samuxda keçmiş məhkumda narkotik aşkarlanıb.
Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Mircalal İbrahimov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəsini İran vətəndaşından aldığını etiraf edib. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
M.İbrahimov balıq tutmaq üçün Goranboydan Samuxa gələrkən polis əməkdaşları tərəfindən tutulub.
Geri qayıt