Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıb

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıb Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblar.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 9-da rayon ərazisində “Toyota” və “Volkswagen” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul və bank kartı olan pulqabı oğurlamaqda, “Mercedes” markalı digər avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Sədaqət Quliyeva və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. 
Araşdırma aparılır.

Geri qayıt