Binədə evdən 32 min manatlıq məişət əşyaları oğurlanıb

Binədə evdən 32 min manatlıq məişət əşyaları oğurlanıb Aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilib.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. 
Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt