Bakıda kişi həyat yoldaşını gözəllik salonunda öldürüb

Bakıda kişi həyat yoldaşını gözəllik salonunda öldürüb Binəqədi rayonunda kişi həyat yoldaşını öldürüb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 
Cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.

Geri qayıt