Bakıda mənzildən pul və qızıl oğurlayan qadın tutulub

Bakıda mənzildən pul və qızıl oğurlayan qadın tutulub Bakıda mənzildən oğurluq olub.
Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt