Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb

Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb
Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb.
Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan MR Şərur rayon sakini Rahim Vəliyevi saxlayıblar.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.
Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.
Geri qayıt