Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltaraşlıq avadanlıqları oğurlanıb

Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltaraşlıq avadanlıqları oğurlanıb Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltaraşlıq avadanlıqları oğurlanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən 7 000 manat dəyərində məişət əşyaları, heykəltaraşlıq avadanlıqları və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt