Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Göygöldə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat yayıb.
O bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.
Araşdırmalar zamanı rayon sakini Kənan Rzayevin “Hyundai” markalı avtomobil ilə toy karvanında intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin şəxs saxlanılaraq barəsində protokol tərtib edilib və baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə K.Rzayev 20 sutka müddətinə inzibati qaydada həbs edilib.
Geri qayıt