"Qız məsələsi deyil" - Gəncədəki qətlin səbəbi məlum oldu – VİDEO

Onlar Raulun dava-dalaşdan uzaq biri olduğunu bildiriblər. Sinif yoldaşları tərəflər arasında davanın hansı səbəbdən baş verdiyi məsələsinə də aydınlıq gətiriblər.
"Mübahisə çiyin üstündə baş verib" - şagirdlərdən biri deyib. Mərhumun qardaşı da bildirib ki, Fərid Şabanov məktəbdən çıxarkən Raul Rəhimovun çiyninə toxunub, mübahisə buna görə başlayıb.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Fərid Şabanov saxlanılaraq, istintaqa cəlb olunub.