Polislərin qətli ilə bağlı şok: Silahı anasının çiyninə qoyub...

Əməliyyat hazırlanıb və sübh tezdən – təxminən 7 radələrində polis əməkdaşları R.Allahverdiyevin Şüvəlandakı evinə gəliblər. Bu zaman cinayətkar silahlı müqavimət göstərib. O, anasının arxasında gizlənib və “Lancaster” ov tüfəngini anasının çiyninə qoyaraq, polisləri nişan alıb.
Polis əməkdaşları cinayətkarın ailəsi və anasının xəsarət görmə ehtimalını nəzərə alaraq, silahları yerə qoyublar və öz anasından girov kimi istifadə edən R.Allahverdiyevlə danışmağa cəhd göstəriblər. R.Allahverdiyev isə bu məqamdan istifadə edərək, silahlarını artıq yerə qoyan polislərə atəş açıb və onları qətlə yetirib.
Yalnız ailəsi və anası təhlükəsizlikdə olandan sonra digər polis əməkdaşları R.Allahverdiyevi məhv edib.