Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandı

Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandı Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1973-cü il təvəllüdlü Səlim Əliyevlə taksi sürücüsü, 1978-ci il təvəllüdlü Maksim Əhmədov arasında mübahisə baş verib.
Dava zamanı M.Əhmədov S.Əliyevə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə, sürücülər arasında yol üstündə mübahisə düşüb.
"Bir-birilərinə yol verməyiblər, söyüş söyüblər. Sonra bıçaqlanma hadisəsi baş verib", - deyə hadisə şahidi bildirib.


Aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.
Yenilik.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, qətlə yetirilən Səlim Əliyev Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksim Əhmədovun taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.
Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt