Qayınatası tərəfindən amansızca öldürülən Günelin yaxınları danışdı - VİDEO

Qayınatası tərəfindən amansızca öldürülən Günelin yaxınları danışdı - VİDEO Qobustan rayonunun Təklə kəndində gəlin öldürülüb, onun qayınanası isə xəsarətlər alıb.
Yenilik.az Xəzər TV-yə istinadən bildirir ki, kənda sakini, 24 yaşlı Günel Ağabəyli bıçaqlanaraq öldürülüb, onun qayınanası, 66 yaşlı Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib. Hadisənin törətməkdə mərhumun qayınatası, 68 yaşlı Orucağa Ağayev şübhəli bilinir. Məlumata görə, son 20 gündə qayınatanın psixoloji problemləri olub.
Xəsarətlər alan qayınana Sevil Ağayeva xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Orucağa Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, öldürülən Günel Ağabəyli musiqi müəllimi olub.
Daha ətraflı videomaterialı təqdim edirik.

Geri qayıt