“Xarı Bülbül”dən meyit çıxdı

“Xarı Bülbül”dən meyit çıxdı Bakıda şadlıq sarayında meyit tapılıb.

Bakupost.az xəbər verir ki, hadisə Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən “Xarı Bülbül” şadlıq sarayında baş verib.

Ölən şəxs Abşeron rayon sakini 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovdur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma başladılıb.
Geri qayıt