Müəllimi güllələyən şagirdə bu qədər cəza veriləcək...
Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında ciddi insident baş verib. liseyin 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim kimi çalışan Ş.K-ya xəsarət yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, fakt araşdırılır. Maraqlıdır, 16 yaşlı bir uşaq tərəfindən törədilmiş cinayətə görə qanunda hansı tədbirlər nəzərdə tutulur?Vəkil qeyd edib ki, Cinayət Məcəlləsinə əsasən 18 yaşı tamam olmayan şəxslərə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilmir:
“Şəxsin törətdiyi əməlin ağırlıq dərəcəsindən və hansı maddələrlə ittiham olunmasından asılı olmayaraq, əgər məhkəmə onu təqsirli bilərsə, ona maksimum 10 il cəza təyin oluna bilər. Burada əsas məsələ istintaqın nəticələridir. Hansı maddələrlə ittiham olunacağı bəlli olduqdan sonra daha dəqiq hüquqi qiymət vermək mümkün olacaq”.Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir. Hadisənin motivləri və digər detalları araşdırılır.
