Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi - FOTO

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi - FOTO Xırdalanda dəhşətli qətl hadisəsi baş verib.
Musavat.com-un əldə etdiyi məlumata görə, 27 yaşlı Qurbanov Vüsal Adil oğlu üç yeniyetmə tərəfindən öldürülüb.
Ailə üzvlərinin saytımıza bildirdiyinə görə, Vüsal avtomobil ustası kimi çalışırmış. O, həm Bakıda, həm də Xırdalanda fəaliyyət göstərən iki fərqli təmir məntəqəsində işləyib və həmin gün gecə saat 03:00 radələrində işini bitirərək evə qayıdırmış.

Məlumata görə, hadisə Xırdalan beton zavodu yaxınlığında baş verib. İddiaya əsasən, yolüstü hərəkət edən yeniyetmələr Vüsalın öskürməsini bəhanə edərək onunla mübahisəyə başlayıblar. Yeniyetmələr “sən öskürməklə bizə ilişirsən” deyərək irad bildiriblər.
Vüsal isə vəziyyəti gərginləşdirməmək üçün “mənim sizinlə işim yoxdur” deyərək uzaqlaşmaq istəyib. Lakin tərəflər arasında yaranan mübahisə daha sonra davaya çevrilib və 3 yeniyetmə ona bıçaqla hücum edib.
Ailə üzvlərinin bildirdiyinə görə, Vüsala ürək, böyrək, qol və ayaq nahiyələrindən çoxsaylı bıçaq zərbələri vurulub. Ağır xəsarətlər alan gənc hadisə yerində həyatını itirib.
Hadisədə iştirak edən şəxslərin biri 16, ikisi isə 17 yaşındadır.
Qətl hadisəsi ilə bağlı üç yeniyetmənin saxlanıldığı bildirilir.
Hazırda istintaq davam edir.

usta.jpg (109 KB)
 

Geri qayıt