85 baş qoyunla yoxa çıxan Ramizin atasından AÇIQLAMA - VİDEO
Oğul atasının 85 baş qoyununu oğurlayıb. Atası qoyunları Xırdalan şəhərindən tapıb.Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb. Ötən gün isə Təsərrüfat sahibi Xırdalanda qəssabxanaların birinə gedərək qoyunlarını tanıyıb.
Ailə üzvləri bildirir ki, bundan əvvəl də övladları bir neçə dəfə eyni hadisəni törədib və sonradan evə qayıdıb. Amma bu dəfə övladlarının da yoxa çıxması onların təşvişinə səbəb olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir./Xezerxeber.az
