Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb.Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.
Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.
Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
