Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Müğənni Damla Kəramətlə müsahibədən sonra xəstəxanaya yerləşdirildi – AÇIQLAMA

Müğənni Damla Kəramətlə müsahibədən sonra xəstəxanaya yerləşdirildi – AÇIQLAMA

Müğənni Damla Kəramətlə müsahibədən sonra xəstəxanaya yerləşdirildi – AÇIQLAMA
2021-08-13 , 14:55

Xəbər verdiyimiz kimi yazıçı Kəramət Böyükçölün müğənni Damla ilə baş tutan müsahibəsi böyük səs-küyə səbəb olub.

Müsahibə zamanı xoşagəlməz hallar yaşanıb. Belə ki, müğənni Kəramətin “Hansı alimləri tanıyırsınız?” sualını cavabsız qoyaraq verilişin dayandırılmasını istəyib.
Kəramət isə bu video müsahibəni yayımladıqdan sonra Damla onu internet resurslardan yığışdırmasını əmr edib.
TİA.AZ xəbər verir ki, bizim.media saytı müsahibənin alınma təfərrüatları və müğənninin son addımı haqda önun özü ilə əlaqə saxlamağa cəhd edib.
Amma zəngə müğənninin prodüseri Şamil bəy cavab verib:
“Damla xanım xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb, sizə cavab verə bilməyəcək”.
Prodüser bildirib ki, Damla xanım Kəramətin dəfələrlə müraciətinə baxmayaraq bu müsahibəyə razılıq verməmişdi:
“Kəramət bizdən dəfələrlə xahiş etdi, biz də insandır deyib nəhayət razılaşdıq. Amma dedik ki, Damla xanımın ümumiyyətlə siyasətdən heç bir anlayışı yoxdur. Suallar sənətdən olsun. Kəramət ilk olaraq Flora xanım haqqında danışaraq, “O, müxalifət yoxdur, deyib mükafat aldı. Siz də deyin mükafat alın”- deyə, Damlaya məsləhət verməyə çalışdı. Qısası, loru dildə desək, Kəramət Damlanı “təkərə” salmaq istəyirdi. Lakin biz bundan sonra bir saat yarım davam edəcək müsahibəni yarıda saxladıq. Kəramət razılaşdığımız kimi müsahibəni aparmadı”.
Prodüser həmçinin qeyd etdi ki, Kəramət onları “tupoy” adlandırıb.
“O, bizə söz vermişdi ki, verilişi yayımlamayacaq. Lakin sözünə əməl etmədi və biz kanaldan onu sildirdik. Və buna görə dəfələrlə bizə zəng etdi və bizi “tupoy” adlandırdı. Kəramət bizim müəllif hüquqlarımızı pozub, icazəsiz verilişi yayımlayıb, bu cür davam etsə, məhkəmədə görüşəcəyimiz haqda xəbərdarlıq etmişik”.
Sonda Damlanın prodüseri onu da qeyd edib ki, Damla xanımın xəstəxanaya yerləşdirilməsi müsahibə ilə bağlı deyil. Müğənni sadəcə buxağına əl gəzdirmək istəyib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.