Yenilik.Az
www.YENILIK.Az » Maqazin » Talıb Talenin nişanı qayıtdı - "Xeyli müddətdir ki, gizlədirdim..."

Talıb Talenin nişanı qayıtdı - "Xeyli müddətdir ki, gizlədirdim..."

Talıb Talenin nişanı qayıtdı - "Xeyli müddətdir ki, gizlədirdim..."
2020-02-15 , 15:30

Ötən il nişanlanan müğənni Talıb Tale nişanını qaytarıb.


Polemika.az Yenisabaha istinadən xəbər verir ki, ifaçı bu haqda Xəzər TV-də yayımlanan 5/5 verilişində danışıb.

T.Tale Zaurun "Nişanı qaytarmısan?" sualına cavab olaraq söz-söhbətə səbəb olmamaq üçün bunu bir müddətdir gizlətdiyini də etiraf edib:

"Xeyli müddətdir ki, gizlədirdim. Çalışırdım ki, söz-söhbətə səbəb olmasın. Uzaqdan qohumluğumuz var, bu barədə çox danışmaq istəmirəm. Xasiyyətlərimiz uyğun olmadı. Haradasa il yarımdan çox nişanlı qaldıq, ötən ilin payızında ayrıldıq. Biz sevgi ilə yox, məntiq üzərində ailə quracaqdıq. Münasibətin sonlanmasını qarşı tərəf istədi. Biz də mədəni insanlar kimi danışdıq qərara gəldik ki, həyatımızı birlikdə davam etmək istəmirik".

Qeyd edək ki, müğənni 2018-ci ildə Göygöldə uzaq qohumu ilə nişanlanmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.