Yenilik.Az
www.YENILIK.Az » Maqazin » Rövşanə Manaf Ağayevi qəzəbləndirdi

Rövşanə Manaf Ağayevi qəzəbləndirdi

Rövşanə Manaf Ağayevi qəzəbləndirdi
2020-02-17 , 12:29

ARB telekanalında Rövşanə Ağasəfqızının aparıcısı olduğu "Səhər-səhər" verilişinin bu dəfəki qonaqlarından biri də Manaf Ağayev olub.


"Yeni Sabah" xəbər verir ki, verilişdə aparıcı ilə müğənni arasında qalmaqal yaşanıb. R.Ağasəfqızı ifaçıya onun oxuduğu mahnıların janrını bəyənmədiyini söyləyib:

"Mən insan olaraq sizin xətrinizi çox istəyirəm. Sizin gözəl səsiniz var. Amma oxuduğunuz mahnıların janrını bəyənmirəm. Çalışıram ki, efirimdə də onları təbliğ etməyim. Qulaq asmıram".

Müğənni isə cavabında bildirib ki, bu janrda özündən başqa yaxşı oxuyan yoxdur:

"Mən indi o janrda oxuyanlardan soruşacam. Görüm, sizi bəyənirlər? Açığını bilmək istəyirsinizsə, özümdən başqa oxuyan tanımıram".

Rövşanə də M.Ağayevin fikirlərini cavabsız qoymayıb:

"Mən jurnalistəm, müğənni deyiləm ki. Mən sözümü deyirəm. Bu zövq məsələsidir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.