Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Mənim acığıma başqasına “Bayatı-Şiraz“ öyrədib Şuşada oxutdurdular“

“Mənim acığıma başqasına “Bayatı-Şiraz“ öyrədib Şuşada oxutdurdular“

“Mənim acığıma başqasına “Bayatı-Şiraz“ öyrədib Şuşada oxutdurdular“
2021-10-18 , 17:29

Bir müddət əvvəl Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevayaya fəxri ad alması ilə bağlı müraciət edən müğənni Tacir Şahmalıoğluna bu dəfə də fəxri ad qismət olamayıb.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən sənətçi illərlə səhnə fəaliyyətinin olmasına baxmayaraq, hələ də ad ala bilmədiyi üçün təəssüfləndiyini bildirib:
“Vallah, nə deyim, bilmirəm. Bir dəfə çıxıb sosial şəbəkə vasitəsilə Prezidentə videomüraciət etdim. Axı biz Prezidentimizi sevirik, ona hörmətimiz var, mənim ona müraciətimdə də heç bir pis fikir yox idi, haqqımı tələb edirdim.
O vaxt bir neçə konsertimizdə Ulu öndər Heydər Əliyev şəxsən iştirak edib. Konsertdən sonra bizimlə görüşüb. Bütün bunları nəzərə alaraq Prezidentə müraciət etdim ki, məni qəbul eləsin, arzularımı ona danışım. Amma bu müraciətim tamamilə əks təəssürat yaratdı. Görünür, mənim acığıma başqasına “Bayatı-Şiraz” öyrədib, aparıb Şuşada oxutdular və s.
Azərbaycanda çox ədalətsizlik var. Beş-on ildən sonra, mən dünyamı dəyişəndə insanlar heyifslənəcək ki, heyf bu sənətkardan, vaxtında dəyər verilmədi. Başa düşə bilmirəm ki, bu nə deməkdir, niyə belə edirlər. Mən ömrümün 45 ilini bu sənətə qurban vermişəm. Bunu ancaq millətim, xalqım üçün etmişəm, yaratmışam. 200-dən çox öz mahnım var, onlarla diplom, nominasiyalarım, medallarım, 4 filmdə çəkilişim var. Nə yazıq ki, mənə hələ də ad verilməyib…”
 T.Şahmalıoğlu qeyd edib ki, əslində, fəxri adlar hər adamın layiq görüləcəyi, hər adama veriləcək ad deyil:
“Əslində, mən, bir növ, addan imtina etmişəm. Bilirsiniz, elə insanlara fəxri adlar verilir ki, onlarla yanaşı mənə də ad vermək heç düzgün olmur. Fəxri adı o qədər nüfuzdan salıblar ki… Əvvəllər bu adı ən görkəmli, mində bir insana verirdilər. İndi ad almaq çox sadələşib, elə kimə gəldi götürüb “Xalq artisti”, “Əməkdar artist” adı verirlər. Mən dövlətimdən bu ədalətsizliyi gözləmirəm. Gözləyirəm, məni çağırıb desinlər ki, “Səni də fəxri ada layiq görürük”. Çünki bu ada haqqım çatır. İnşallah, mənim də adım fəxri adlara layiq görülənlər sırasında çəkilər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.