Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Prezidentin dinlədiyi mahnının ifaçısı danışdı: “Ən gec mən bildim” - VİDEO

Prezidentin dinlədiyi mahnının ifaçısı danışdı: “Ən gec mən bildim” - VİDEO

Prezidentin dinlədiyi mahnının ifaçısı danışdı: “Ən gec mən bildim” - VİDEO
2021-10-22 , 19:34

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər.

Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Zəngilan səfərindən daha bir görüntü paylaşıb.

Sözügedən görüntülərdə İlham Əliyev Azərbaycan radiosunda müğənni İlhamə Qasımovanın ifa etdiyi Aslan Abdullayevin sözlərinə və Elza İbrahimovanın bəstəsinə yazılmış “Ey vətən” mahnısını dinləyir.

Pravda.az xəbər verir ki, müğənni İlhamə Qasımova AzTv-nin canlı efirində prezident tərəfindən ifa etdiyi “Ey vətən” mahnısının dinlənilməsi ilə bağlı təssüratlarını bölüşüb:
 
“Düzü ən gec xəbəri olan mən oldum. Gecəyarısı hamı mənə yazırdı. Sadəcə hisslərimi ifadə edə bilmirəm. Mahnının məhz azad olunmuş o torpaqlarda dinlənilməsi qürurludur. İlk dəfə bu mahnını Respublika günündə Xınalıqda ifa etmişdim. Hər zaman deyirdim ki, nə gözəl vətənpərvər mahnım var və o vaxt çox arzulayırdım ki, torpaqlarımız azad olunandan sonra həmin mahnını orada oxuyum. Elə bil ki, ifa etmiş oldum. Mənim üçün böyük şərəfdir” - İ.Qasımova əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.