Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rafael İsgəndərovun qızı ÖZÜNDƏN ÇIXDI: Ay bisavad insan, hicabla reklam olur? - FOTO

Rafael İsgəndərovun qızı ÖZÜNDƏN ÇIXDI: Ay bisavad insan, hicabla reklam olur? - FOTO

Rafael İsgəndərovun qızı ÖZÜNDƏN ÇIXDI: Ay bisavad insan, hicabla reklam olur? - FOTO
2021-10-23 , 17:11

Əməkdar artist Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova sosial şəbəkədə onu tənqid edənlərə cavab verib.

Lent.az xəbər verir ki, G.İsgəndərova bildirib ki, bu yaxınlarda hicaba keçdiyi üçün onu tənqid ediblər:"Bəzi xəbər saytları mənim şəklimi götürüb, "hicab bağladı" adı altında paylaşıblar. Həmin şəkillərin altında "Ay bizə nə?", digəri "Bağlayıb niyə reklam edir?", kimi rəylər yazıblar.
O sözü yazan içi qurdlu insanlar, hər şeyi dəqiq bilmədən ağzınıza gələni yazmaqdan utanmırsınız?
Ay bisavad insan, hicabla reklam olur? Hələ biri yazıb ki, üzündə makiyaj var, belələri nə bilir islam nədir? Ay insan, sən belkə də hansısa süfrə arxasında oturub, "Allah bizi qorusun" deyib, araq içəndə, mən ibadətlə məşğul idim. Mən hicabı kiminsə xoşuna gəlmək üçün yox, Allahın əmri olduğu və o biri dünyamı fikirləşdiyim üçün bağlamışam".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.