Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Bakıda aktrisa onu döymək istəyən kişini kameraya çəkdi - Yumruqla bir neçə dəfə ... - VİDEO

Bakıda aktrisa onu döymək istəyən kişini kameraya çəkdi - Yumruqla bir neçə dəfə ... - VİDEO

Bakıda aktrisa onu döymək istəyən kişini kameraya çəkdi - Yumruqla bir neçə dəfə ... - VİDEO
2021-11-29 , 12:47

Aktrisa Nərgiz Əliyevanın başına iş gəlib.

Milli.Az xəbər verir ki, hadisə Bakının mərkəzində, Fəvvarələr meydanında baş verib. 
Gənc aktrisa tanımadığı əks cins nümayəndəsinin ona hücum etdiyini, lakin xoşbəxtlikdən maşınının qapılarını dərhal bağladığını iddia edib:
"Deməli belə, dünən gündüz təxmini saat 17:00 radələrində şəhərin mərkəzində bir kişi mənim maşınıma yaxınlaşır, yaxşı ki, mən həmin dəqiqə qapıları bağladım. Bu insan mənim maşınımın qapısını açmağa çalışırdı və maşının pəncərəsinə yumruqlar vururdu. Çox qorxmuşdum, maşında mənim qızım da ola bilərdi. Və bir neçə dəfə yumruqla maşınımın şüşəsinə vurduqdan sonra, mən onu telefona çəkməyə başladım ki, bəlkə çəkinər. Nə isə, bunu yazmağımda məqsədim nədir?! Həmin dəqiqə heç kim heç nə etmirdi, kənardan kişilır baxıb gülürdü. Azərbaycan polisindən xahiş edirem, bu insanı tapıb izahataını alsın. Çünki bilmək olmaz sabah nə olacaq və kimin qarşısına çıxacaq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.